image-n1karobka_ads
image-123
image-17234719091883849975_1200x630backend

IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib – FOTO

image-ad_qayo_720x110px

IDEA İctimai Birliyi tərəfindən Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edilib. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində reallaşıb.

IDEA İctimai Birliyindən Doğru.az-a verilən məlumata görə, aksiyada 30 nəfər könüllü, həmçinin yerli gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sanitar normalara uyğun ləvazimatlar və xüsusi qayıqlarla təchiz olunmuş gənclər Kür çayı və onun sahillərini müxtəlif məişət tullantıları və balıqların kütləvi tələfinə səbəb olan sintetik balıqçılıq torlarından və balıqların təbii mühitdə inkişafının qarşısını alan, kustar üsulla hazırlanmış, istifadəsi qanunla qadağan edilmiş digər alətlərdən təmizləyiblər. Nəticədə yarım tona yaxın tullantı toplanaraq Neftçala rayonunun tullantılar poliqonuna təhvil verilib. Aksiya zamanı, həmçinin yerli sakinlərə çayın tullantılarla çirkləndirilməsi və zərərli balıqçılıq alətlərindən istifadənin Xəzər dənizi və Kür çayının ətraf mühitinə, eləcə də faunasına zərərləri barədə məlumat verilib.

Aksiyanın keçirilməsində əsas məqsəd Xəzər dənizi və digər su hövzələrinin balıqların təbii inkişafına mane olan alətlərdən təmizlənməsi, həmçinin Kür sahillərinin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınmasıdır. Bu təşəbbüs, eyni zamanda, sahilyanı ərazilərdə təmizliyə riayət olunması, xüsusilə atılan məişət tullantılarının Kür çayı və nəticə etibarilə Xəzərin faunasına vurduğu zərərlərlə bağlı ictimaiyyətin maarifləndirilməsi məqsədi daşıyır.

Tədqiqatlar göstərir ki, çaylara atılan məişət və sənaye tullantılarının getdikcə çoxalması Kür çayı, o cümlədən Xəzər dənizində balıq artımının kəskin azalma səbəblərindən biridir. Bunu nəzərə alaraq, IDEA İctimai Birliyi tərəfindən mütəmadi olaraq Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, o cümlədən Kür çayı sahilində bu cür təmizlik aksiyaları təşkil edilir.

Kür çayı sahillərində mütəmadi olaraq təşkil edilən təmizlik aksiyaları təbii balansın saxlanılmasında və insan həyatında xüsusi rol oynayan çayların mühafizəsində cəmiyyətin səfərbər edilməsi, ərazinin ekoloji tarazlığının bərpası, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verilməsi, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin təbliğ olunması baxımından böyük önəm daşıyır.

IDEA İctimai Birliyi aksiyaya qoşulan bütün təbiətsevərlərə göstərdikləri fəallığa, sağlam ətraf mühit naminə verdikləri töhfəyə görə təşəkkürünü bildirir. İctimai Birlik hər kəsi təbiətin mühafizəsi təşəbbüslərinə həssas yanaşmağa, sahillərimizin təmizliyinə riayət etməyə çağırır.

DOĞRU.AZ

image-17234719095883214654_1200x630 image-17234719093168443846_1200x630 image-17234719094873218028_1200x630 image-1723471909117382249_1200x630 image-17234719094251918679_1200x630 image-17234719093147150160_1200x630 image-17234719091516513707_1200x630 image-17234719095511853956_1200x630 image-17234719095617536082_1200x630 image-17234719093137558260_1200x630 image-17234719094678410090_1200x630 image-17234719095604023067_1200x630 image-17234719091737127696_1200x630 image-17234719091255446011_1200x630 image-1723471909330539135_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki