Ölkəmizdə keçirilən III MDB Oyunları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) yarışların keçirildiyi məkanlarda və ətrafında mümkün fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün gücləndirilmiş iş rejimində fasiləsiz xidmət aparır.
Doğru.az xəbər verir ki, nazirliyin mütəxəssisləri müvəqqəti quraşdırılan konstruksiyaların dayanıqlığını, qaldırıcı qurğuların, eskalator və liftlərin, texnoloji nəqliyyat vasitələrinin təhlükəsiz istismarını və yanğın, nüvə təhlükəsizliyi üzrə monitorinq aparır.
Bundan əlavə, yarışlara hazırlıq dövründə FHN tərəfindən mehmanxana, iaşə, mədəniyyət, əyləncə və ticarət obyektləri ilə yanaşı tibb müəssisələrində yanğın və texniki təhlükəsizlik mövzusunda kütləvi maarifləndirmə işləri aparılıb.
DOĞRU.AZ