image-n1karobka_ads
image-123
image-17616397165211158107_1200x630backend

İmişlidə “Promalt” MMC-nin arpa emalı müəssisəsi istifadəyə verilib – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İmişlidə “Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, müəssisədə pivə istehsalında əsas xammal hesab olunan arpanın xüsusi proseslərdən keçərək mayalanma və fermentasiya üçün hazır vəziyyətə gətirilməsi ilə əldə edilən məhsul – malt istehsal olunacaq. İsveçrənin “Bühler GmbH” şirkətinin müasir texnologiyası əsasında hazırlanmış avadanlıqla təchiz olunan və emal prosesi tam avtomatlaşdırılan müəssisədə ildə 11 min ton arpa istehsal ediləcək.

Müəssisənin investisiya dəyəri 33,2 milyon manatdır.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu, “Azərşəkər” MMC və “Azərsun Holdinq” MMC-nin tərəfdaşlığı əsasında həyata keçirilən layihəyə dövlətin investisiya təşviqi mexanizmi çərçivəsində vergi və gömrük güzəştləri ilə dəstək göstərilib. “Carlsberg Azerbaijan” pivə zavoduna da xammal satışı həyata keçirən müəssisə Cənubi Qafqazda pivəlik arpa səmənisinin emalı üzrə ixtisaslaşmış ilk müasir istehsal obyektidir. Layihə regionda aqrar-sənaye inteqrasiyasını gücləndirməklə yanaşı, texnoloji modernləşmə, daxili bazarın dayanıqlı xammal təminatı, istehsalın lokallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada 47 nəfər işlə təmin olunacaq.

DOĞRU.AZ

image-17616397162787051155_1200x630 image-17616397162236128275_1200x630 image-17616397162758512473_1200x630 image-1761639716956134298_1200x630 image-17616397166391436686_1200x630 image-17616397163651227706_1200x630 image-17616397163482836844_1200x630 image-17616397161687660826_1200x630 image-17616397165729522873_1200x630 image-1761639716308528612_1200x630 image-17616397163541845017_1200x630 image-1761639716544788374_1200x630 image-17616397163199524648_1200x630 image-17616397164049946918_1200x630 image-176163971653045368_1200x630 image-17616397163535140507_1200x630 image-1761639716125722460_1200x630 image-17616397161823328666_1200x630 image-17616397161113433611_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki