Tehran ABŞ-ın Fars körfəzi və Yaxın Şərqdəki müttəfiqlərinin ərazisi və ya hava məkanından İrana hücum etmək üçün istifadə ediləcəyi təqdirdə onlara zərbə endirməklə hədələyib.
“The Wall Street Journal” ərəb ölkələrinin adı açıqlanmayan rəsmilərinə istinadən yazır ki, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətər belə xəbərdarlıqlar alıb.
Nəşrin məlumatına görə, bu dövlətlərin nümayəndələri İrana qarşı hər hansı aqressiv hərəkətə görə ABŞ və İsrailə öz hərbi infrastrukturunu və ya hava məkanını vermək istəmədikləri barədə Ağ Evə məlumat veriblər.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İslam Respublikası üçüncü ölkələr vasitəsilə ABŞ nümayəndələri ilə əlaqə saxlayır.
Həmçinin 39 nəfər iranlı parlamentari İsraildən gələn təhlükə fonunda nüvə silahının hazırlanmasına icazə verilməsi üçün respublikanın Ali Milli Təhlükəsizlik Şurasına sorğu göndərib.
Mənbə The Wall Street Journal