İran rəhbərliyi İraqdan uçan təyyarələr üçün hava məkanının bağlanması əmrini verib.
Doğru.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Əl-Hadath” telekanalı məlumat yayıb.
Daha əvvəl Britaniyanın “The Mirror” qəzetinin jurnalisti Lizzi Byuçen Britaniya hakimiyyətinin Tehrandakı səfirliyini müvəqqəti olaraq bağladığını bildirmişdi.
Həmçinin ABŞ vətəndaşlarına İranı tərk etmələri tövsiyə olunub.
DOĞRU.AZ




























