Yaxın Şərqdə davam edən müharibə fonunda hərbi aviasiyada tarixi hadisə baş verib.
Metbuat.az xəbər verir ki, ABŞ ordusuna məxsus və gizli radar exnologiyası ilə təchiz olunmuş beşinci nəsil F-35 qırıcı təyyarəsi İran hava məkanında əməliyyat zamanı İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. “CNN International”ın hərbi rəsmilərə istinadən xəbərinə görə, ABŞ-nin F-35 qırıcı təyyarəsi İran hava məkanında missiya zamanı İran İnqilab Keşikçiləri Korpusuna məxsus hava hücumundan müdafiə sistemləri tərəfindən hədəfə alınıb.
Qəza təhlükəsi ilə üzləşən zədələnmiş təyyarənin, təhlükəsizlik səbəbi ilə adı açıqlanmayan Yaxın Şərqdəki müttəfiq hərbi bazasına təcili eniş etməli olduğu bildirilir.
DOĞRU.AZ


























