image-ads_n1karobka_mobile
image-8d991ce9-14d5-4a28-99c0-63e96bf2af6d-768x403backend

İran Omanla BİRLƏŞDİ – Kritik HÖRMÜZ QƏRARI

image-add-a-heading

İran, ABŞ və İsrailin “aqressiyası” dayandırıldıqdan sonra Hörmüz boğazından gəmilərin keçidi üçün yeni hüquqi rejim yaratmağı planlaşdırır.

Doğru.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə açıqlama verib.

Onun sözlərinə görə, müharibə başa çatdıqdan sonra İran Omanla birlikdə boğazdan keçid şərtlərini müəyyən edəcək. Cəlalzadə bildirib ki, yeni hüquqi rejimin yaradılması artıq qərarlaşdırılıb və bu proses ölkənin silahlı qüvvələrinin dəstəyi ilə həyata keçiriləcək.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və burada qəbul ediləcək istənilən qərar qlobal ticarətə ciddi təsir göstərə bilər.Konkret.az

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki