İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran münaqişənin həlli ilə bağlı tələblərinə cavab verən istənilən təklifi müzakirə etməyə hazırdır.
Doğru.az xəbər verir ki, o, “Əl-Cəzirə” telekanalına açıqlamasında deyib: “Tələblərimizə və şərtlərimizə cavab verən istənilən təklifi dinləyəcəyik”.
Nazir daha əvvəl Yaxın Şərqdəki münaqişənin sona çatmasının amerikalıların iradəsindən asılı olduğunu vurğulayıb.
Əraqçi əlavə edib ki, Tehran qonşu ölkələrdə mülki hədəflərə hücum etmir.
DOĞRU.AZ


























