image-ads_n1karobka_mobile
image-whatsapp-image-2026-03-25-at-17-17-13-900x504backend

İrandan dünyanı heyrətə gətirən həmlə – Türkiyə də edə bilər

image-add-a-heading

“Hörmüz boğazının bağlanması onun hüquqi statusunun olması gerçəyini formalaşdırır”.

Bu sözləri Globalinfo.az-a politoloq Azər Qasımov deyib.

Politoloq bildirib ki, “Beynəlxalq sular” statusu olmayan Hörmüz boğazı kimi strateji ərazi tək iki ölkənin, xüsusən İran və Omanın ümidinə buraxıla bilməz:

“Görünən odur ki, proseslər Hörmüz boğazına beynəlxalq status qazandırılması istiqamətində gedir, bunun analoqu Bosfor və Dardanel boğazlarıdır.

Hörmüz boğazına hər hansı status verilməklə burdan keçid rüsumu alınacaqsa, onda Türkiyə də eyni praktikanın “Montrö boğazlar sözləşməsi”nə tətbiq edilməsini tələb etməlidir.

az%C9%99r qasimov
Azər Qasımov

Türkiyə bunun üçün İstanbul kanalı çəkmək məcburiyyətində qalıb ki, alternativ su yolu ilə Montrö sözləşməsini qüvvədən salsın. İndi Ankaranın əlinə fürsət düşə bilər. Bu məsələnin hüquqi aspektləri təbii ki, öyrənilməlidir, amma böyük ehtimalla, Türkiyə eyni şəraitdə ödəniş edilməklə keçidin özü üçün də tətbiqini tələb edə bilər.

Yeni dünya düzənində beynəlxalq hüququn yenidən formalaşdığı dövrdə qeyd edilən məsələ Türkiyənin geosiyasi və geoiqtisadi mövqeyini daha da gücləndirə bilər. Türkiyə bu məsələdə qərarlı olmalıdır”.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki