image-2000x150px
image-123
image-ads_atlas
image-rian_5744463-hr-pic_32ratio_1200x800-1200x800-65969backend

İspaniyada idmançıların müsbət dopinq testləri beş il ərzində gizlədilib

image-728x90px

İspaniya Antidopinq Agentliyi (CELAD) idmançılardan götürülmüş müsbət dopinq nümunələri ilə bağlı məlumatı Ümumdünya Antidopinq Agentliyinə (WADA) bildirməyib. Bu barədə “Relevo” məlumat yayıb.

Bildirilir ki, İspaniya təşkilatı 2017-2022-ci illər ərzində dopinq testləri müsbət nəticə verən ispan idmançılara qarşı intizam məsuliyyətinə cəlb edilməmək üçün müxtəlif üsullara əl atıb. Bu üsullardan biri işin açılması ilə bağlı sənədlərin internet vasitəsilə yox, poçtla göndərilməsi idi. İdmançılar vaxtında bildiriş almamışlar və sonradan şikayətlə İdman Tribunalına müraciət etmişlər və bildiriş müddətləri pozulduğu üçün onların işi arxivləşdirilmişdir.

2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək, Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.

Mənbə: Sport.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki