image-2000x150px
image-123
image-ads_atlas
image-1649605766_20220410_194837backend

İsrail Ukraynanın pilotsuz təyyarələrlə bağlı yardımından imtina edib

image-728x90px
İsrail İran PUA-larına qarşı mübarizədə Ukraynanın köməyindən imtina etdi. Ukrayna İranın pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizədə İsrailə yardım təklif etsə də, Təl-Əviv bundan imtina edib.

Doğru.az xəbər verir ki, bu barədə N12 telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna pilotsuz uçan aparatları tədqiq edə və öz anti – PUA sistemlərini sınaqdan keçirə biləcək israilli mütəxəssisləri ölkəyə dəvət etməyi planlaşdırırdı. Öz növbəsində Kiyev bunun müqabilində ən son texnologiyalar alacağını gözləyirdi.

Lakin İsrail bu ideyanı ciddi qəbul etmədi. Təl-Əviv ukraynalı həmkarlarından bir neçə sorğu alıb, lakin onlara məhəl qoymayıb.

Bundan əvvəl İsrailin xarici işlər naziri İsrael Katz bildirib ki, ölkə Livanın şiə Hizbullah hərəkatının növbəti hücumlarını dayandırmağa hazırlaşır. O, “İranın rəhbərlik etdiyi şər oxuna” qarşı apardığı müharibədə “azad dünya”nın İsrailin qeyd-şərtsiz dəstəyinə ümid etdiyini bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki