image-n1karobka_ads
image-123
image-img_20250516_155950_540backend

İstanbulda Rusiya-Ukrayna danışıqlarından ilk fotolar yayılıb

2022-ci ildən sonra ilk dəfə birbaşa danışıqlara başlayan Rusiya və Ukrayna nümayəndə heyətlərinin fotoları sosial şəbəkələrdə yayılıb.

Doğru.az xəbər verir ki, görüntülər RİA Novostinin Teleqram kanalında paylaşılıb. Fotolarda Rusiya və Ukraynanı təmsil edən nümayəndə heyətləri İstanbulda bir masa arxasında əks olunub.

Rusiya heyəti:

Danışıqlarda Rusiyanı prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov, müdafiə nazirinin müavini Aleksandr Fomin və digər yüksək rütbəli rəsmilər təmsil edib. Həmçinin danışıqlarda Prezident Administrasiyasından Aleksandr Zorin, XİN-dən Yelena Podobreevskaya, Aleksey Polisçuk və general-polkovnik Viktor Şevov da iştirak ediblər.

 

Ukrayna heyəti:

Masada Ukrayna tərəfdən 12 nəfər əyləşib. Nümayəndə heyətinə Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov, SBU rəhbərinin müavini Aleksandr Poklad və Xarici İşlər Nazirliyi rəhbərinin birinci müavini Serhiy Kislytsya daxildir.

Danışıqların detalları barədə əlavə məlumat verilməsə də, görüntülər iki ölkə arasında diplomatik prosesin yenidən başladığını göstərir.

DOĞRU.AZ

image-6827258cae5ac938b56f6159 image-img_20250516_155937_002 image-img_20250516_155937_717

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki