image-n1karobka_ads
image-123
image-20230103_zea_s64_037-pic_32ratio_1200x800-1200x800-51562backend

İsveç öz ordusunu Baltikyanı ölkələrə göndərəcəyini istisna etməyib

İsveç hərbi kontingentinin Baltikyanı ölkələrə göndərilməsi istisna edilmir və “çox təbii” addım olardı.

Politico xəbər verir ki, bu fikri İsveçin baş naziri Ulf Kristersson deyib.

“NATO-nun Brüsseldəki mənzil-qərargahında İsveç bayrağının qaldırılması mərasimindən sonra danışan Kristersson, müttəfiq kimi Baltikyanı dövlətlərə tam dəstək vəd etdi. Onun sözlərinə görə, Kreml tərəfindən daim təhdid altında olan Baltikyanı bölgəyə qoşun yeritmək “çox təbii” potensial variantdır.

Baş nazirin sözlərinə görə, İsveç Baltikyanı ölkələrin hava məkanında patrulluq edə və digər hərbi vəzifələri həll edə bilərdi.

Mənbə: A haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki