İsveçrənin Krans-Montana xizək kurortunda yerləşən barda baş verən yanğında xəsarət alanlar arasında əcnəbi vətəndaşlar da var.
Doğru.az xəbər verir ki, bu barədə “Sky News” İsveçrə polisinə istinadən məlumat yayıb.
Məqalədə qeyd olunur ki, yaralananların bir qismi digər ölkələrin vətəndaşlarıdır. Fransa Xarici İşlər Nazirliyi isə xəsarət alanlar arasında iki Fransa vətəndaşının olduğunu açıqlayıb.
Məlumata görə, yanğın Yeni il gecəsi Krans-Montana şəhərində yerləşən “Le Constellation” barında baş verib. Hadisənin səbəbləri araşdırılır.
DOĞRU.AZ




























