image-2000x150px
image-123
image-ads_atlas
image-energy_291220backend

​İyul ayında ölkədə elektrik enerjisi istehsalı artıb

image-728x90px

2021-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2639,03 mln. kVtst, ixracı 153,5 mln. kVtst, idxalı 11,2 mln. kVtst olub.

Doğru.az xəbər verir ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 244,2 mln. kVtst, ixrac 46,0 mln. kVtst artıb, idxal isə 1,5 mln. kVtst azalıb.

Cari ilin 7 ayı ərzində isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 498,5 mln. kVtst artaraq 15845,0 mln kVtst olub.

Hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 395,9 mln. kVtst artaraq 14754,8 mln kVtst, SES-lərdə 102,9 mln. kVtst artaraq 877,4 mln. kVtst, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,3 mln. kVtst azalaraq 212,8 mln. kVtst olub. Külək elektrik stansiyalarında 55,4 mln. kVtst, günəş elektrik stansiyalarında 32,2 mln. kVtst, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 125,2 mln. kVtst elektrik enerjisi istehsal edilib.

Yanvar-iyul aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14227,5 mln. kVts (İES-lərdə 13463,6 mln. kVtst, SES-lərdə 763,9 mln. kVtst), Naxçıvan  MR Dövlət Energetika Xidməti üzrə 263,9 mln. kVst (İES-lərdə 131,2 mln. kVtst, SES-lərdə 103,2 mln. kVtst, GES-də 29,5 mln. kVtst), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 41,04 mln. kVtst, müstəqil elektrik stansiyaları üzrə 1312,56 mln. kVtst təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 822,4 mln. kVtst olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 94,2 mln. kVtst artıb. İrana 152,3 mln. kVtst, Türkiyəyə 109,1 mln. kVtst, Rusiyaya 56,1 mln. kVtst, Gürcüstana isə 504,9 mln. kVtst elektrik enerjisi ixrac edilib.

Bu dövrdə elektrik enerjisinin idxalı 100,1 mln. kVtst olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,9 mln. kVtst artıb. İrandan 19,6 mln. kVtst, Rusiyadan 55,8 mln. kVtst, Gürcüstandan isə 24,7 mln. kVtst elektrik enerjisi idxal edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki