Futbol üzrə Rusiya yığmasının sabiq baş məşqçisi Fabio Kapello Çinin “Şanxay Şenxua” klubu ilə müqavilə bağlayan rusiyalı mütəxəssis Leonid Slutskiyə uğurlar arzulayıb.
“Fasilədən sonra istənilən iş çətin olur. Üstəlik, Çin hər bir mütəxəssis üçün çox ciddi problemdir. Mən özüm Çin yığmasını çalışdırmışam, amma sonra liqa başqa, komanda da başqa idi. İlk növbədə o, yerli ulduzlarla münasibət qurmalı olacaq. Belə şəraitdə onlar çox rahatdırlar, işinizi təşkil etməyi bacarmalısınız. Həm də yerli mentalitet Avropaya bənzəmir, bunu da yadda saxlamaq lazımdır. Ona uğurlar arzulayıram”, – deyə italiyalı bildirib.
Mütəxəssis 2024-cü il yanvarın 1-də işə başlayacaq. Lakin rusiyalı çalışdırıcı ilə müqavilənin şərtləri dəqiqləşdirilməyib.
Mənbə: Sports.ru