image-n1karobka_ads
image-123
image-d3123835092bef46cda5d6bd165499fc_untitled-1backend

Keçmiş aparat rəhbəri Şəmkirdə şadlıq sarayı aldı

image-add-a-heading

Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayonunda şadlıq sarayı alıb. 

Qaynarinfo-nun məlumatına görə, rayonda fəaliyyət göstərən “Murovdağ” şadlıq sarayı artıq keçmiş aparat rəhbərinin oğlunun adına keçib.

Məlumat üçün deyək ki, “Murovdağ” şadlıq sarayı vergi qeydiyyatına “Adore Busiess” MMC kimi alınıb. Bu MMC-nin rəhbəri isə Yusifov Rüfət Cavanşir oğludur.

Bəzi məlumatlarda Şəmkirdə fəaliyyət göstərən “Yamin” şadlıq sarayının da Cavanşir Yusifovun nəzarətinə keçdiyi iddia edilir. Bu iddialarla bağlı keçmiş aparat rəhbərindən şərh almaq mümkün olmayıb.

Cavanşir Yusifov ötən ilin martında tutduğu vəzifədən azad edilib. O, Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusifovun qardaşıdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki