image-n1karobka_ads
image-123
image-17185352962465511288_1200x630backend

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

image-ad_qayo_720x110px

Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq. Yanvardan bəri ölkəmiz 965 min 555 xarici vətəndaş qəbul edib, bu isə 35 faiz artım deməkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə “Şahdağ” turizm mərkəzinin yay mövsümünə hazırlıqla bağlı keçirilən mətbuat konfransında söyləyib.

O diqqətə çatdırıb ki, bu il Azərbaycanda bir çox irimiqyaslı tədbirlər keçiriləcək. “Bildiyiniz kimi, ölkəmiz cari ildə mötəbər beynəlxalq tədbirə – COP29-a ev sahibliyi edəcək. Ölkəmiz çox sayda turist qəbul edəcək. Əlbəttə ki, bu, Azərbaycan turizminə müsbət təsir göstərəcək”, – deyə o əlavə edib.

Müşavirin sözlərinə görə, cari il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və buna görə də yaşıl turizmə üstünlük verilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki