image-n1karobka_ads
image-123
image-1745993995570154363_1200x630backend

Keniyalı qonaq “ASAN xidmət” barədə məlumatlandırılıb – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Keniya Respublikasının “SMACHS” Fondunun təsisçisi və baş direktoru Şarlin Ruto ilə görüşüb.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Doğru.az-a verilən məlumata görə, keniyalı nümayəndə Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumunda iştirak məqsədilə ölkəmizə səfər edib.

Qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” və Dövlət Agentliyinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Görüş zamanı sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu günədək 85 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.

Şarlin Ruto “ASAN xidmət” mərkəzinin, səyyar “ASAN xidmət”in, “ABAD”, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub və müvafiq modelin onda yüksək təəssürat yaratdığını, eləcə də bu təcrübənin Keniyada tətbiqinin faydalı ola biləcəyini bildirib.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

DOĞRU.AZ
image-17459939954680754531_1200x630 image-17459939952644512286_1200x630 image-1745993995298666926_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki