Doğru.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinematoqrafçıların beynəlxalq səviyyədə təmsil olunmasını dəstəkləmək üçün “Kinosəyyah” proqramını aktivləşdirib. Artıq bu proqram vasitəsilə işgüzar səfərlərə dəstək göstəriləcək.
AKİ-dən bildirilib ki, məqsəd Azərbaycan kinosunun beynəlxalq arenada təbliği və kinematoqrafçıların peşəkar inkişafına şərait yaratmaqdır. Proqram çərçivəsində 2024–2025-ci illərdə 21 nəfərin bilet xərcləri qarşılanıb.
İttifaq, həmçinin bu istiqamətdə maliyyə resurslarının genişləndirilməsi üçün aidiyyəti qurumlara müraciət edib və əlavə vəsait cəlbinə hazır olduğunu bildirib.
Qeyd edək ki, AKİ bu səfərlərə 2019-cu ildən dəstək verir.
DOĞRU.AZ