image-n1karobka_ads
image-123
image-1759419886610411723_1200x630backend

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

image-ad_qayo_720x110px

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası baş tutub.

Doğru.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, iclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri və 80-ci maddəsi baxımından Cinayət Məcəlləsinin 12.1 və 12.5-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.

Məhkəmə Plenumu iş üzrə hakim R.Quliyevin məruzəsini, Prokurorluğun sorğusunu, Milli Məclis Aparatının mülahizəsini, həmçinin Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Vəkillər Kollegiyasının Rəyasət Heyəti, eləcə də hüquq üzrə ekspertlərin rəylərini araşdıraraq qərar qəbul edib.

Qərara əsasən, Cinayət Məcəlləsinin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə xarici ölkənin ərazisində törətdikləri cinayətə görə cəzanın aşağı həddi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə müəyyən edilməlidir.

Konstitusiya Məhkəməsinin qərarı dərc edildiyi gündən qüvvəyə minir, qətidir və heç bir orqan və ya şəxs tərəfindən ləğv, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki