image-n1karobka_ads
image-123
image-1765785133256632292_1200x630backend

“Kreativ Media – Bakı” məzmun müsabiqəsi elan edildi

image-ad_qayo_720x110px

Medianın İnkişafı Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində növbəti dəfə “Kreativ Media – Bakı” adlı məzmun müsabiqəsi keçiriləcək.

Doğru.az xəbər verir ki, müsabiqə jurnalistika və kommunikasiya ixtisasları üzrə təhsil alan tələbələr, eləcə də media sahəsinə maraq göstərən digər ixtisaslardan olan gənclər üçün nəzərdə tutulub.

Müsabiqənin məqsədi media savadlılığı və dezinformasiya ilə mübarizə istiqamətində yeni məzmun ideyalarının təşviqi, gənclərin peşəkarlaşmasına və ixtisaslaşmasına dəstək göstərməkdir.

İştirakçılar “Süni intellekt və etika: təhlükəsiz rəqəmsal cəmiyyət”, “Müxtəlif sənayelər üzrə etibarlı məlumatlandırmanın təmini: dağ-mədən sənayesi” və “Media savadlılığı sosial məsuliyyətlilik kontekstində” mövzularında hazırladıqları məqalələrlə müsabiqəyə müraciət edə bilərlər.

Müsabiqə üçün dil, həcm və janr məhdudiyyəti nəzərdə tutulmur. Qiymətləndirmə materialların yaradıcı və orijinal olması, maarifləndirici əhəmiyyəti, jurnalistikanın əsas prinsiplərinə uyğunluğu, həmçinin plagiat və ya köçürülmüş məlumatlardan istifadə səviyyəsi əsasında aparılacaq.

Müraciət etmək istəyənlər dekabrın 20-si saat 12:00-dək elektron qeydiyyat formasını doldurmalıdırlar.

Qeyd edək ki, qaliblər hədiyyə və sertifikatlarla təltif olunacaq, seçilmiş məqalələr isə peşəkar onlayn media subyektlərində yayımlanacaq.

Qeydiyyat linki: https://shorturl.at/50FOD

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki