image-n1karobka_ads
image-123
image-17665696994427656927_1200x630backend

“Kreativ Media – Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb – FOTO

image-ad_qayo_720x110px

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində keçirilən “Kreativ Media – Bakı” adlı məzmun müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi baş tutub.

Doğru.az xəbər verir ki, bu barədə “AzerGold” məlumat yayıb.

Məlumata görə, müsabiqə çərçivəsində “Süni intellekt və etika: təhlükəsiz rəqəmsal cəmiyyət”, “Müxtəlif sənayelər üzrə etibarlı məlumatlandırmanın təmini: dağ-mədən sənayesi” və “Media savadlılığı sosial məsuliyyətlilik kontekstində” mövzuları üzrə hazırlanmış məqalələr dəyərləndirilib.

Mərasimdə çıxış edən Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova media sahəsində çağdaş tələblərə cavab verən kadrların hazırlanmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində keçirilən “Kreativ Media – Bakı” müsabiqəsi bu istiqamətdə mühüm təşəbbüslərdən biridir.

“AzerGold” QSC-nin müşaviri Leyla Sadıxova isə çıxışında müsabiqənin əsas məqsədinin media savadlılığının təşviqi, dezinformasiya ilə mübarizədə yeni yanaşmaların formalaşdırılması, həmçinin gənclər üçün peşəkarlaşma və ixtisaslaşma imkanlarının genişləndirilməsi olduğunu bildirib. O, dağ-mədən sənayesinə dair mövzuların “AzerGold” üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, gənclərin bu sahəni analitik və peşəkar şəkildə təqdim etməsini yüksək qiymətləndirib.

Tədbir çərçivəsində Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyeva tərəfindən “Müasir yazı texnikaları və jurnalistika prinsiplərinin qorunması” mövzusunda təlim də keçirilib.

Sonda müsabiqənin qalibləri mükafatlandırılıb və sertifikatlarla təltif olunublar.

DOĞRU.AZ

image-176656969936646289_1200x630 image-17665697006194339320_1200x630 image-17665697001378537907_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki