image-2000x150px
image-123
image-ads_atlas
image-3387d5c8a8619f4d834d6d78c7b5b212backend

Lalə Azərtaşdan səhhəti ilə bağlı AÇIQLAMA

image-728x90px

Ötən gün mətbuatda aparıcı Lalə Azərtaşın səhhətinin pisləşdiyi və xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlar yer alıb.

Lalə xanım səhhəti ilə bağlı yayılan xəbərləri təsdiqləyib və hazırda səhhətinin yaxşı olduğunu bildirib.

Bu barədə BAKU.WS-ə açıqlama verən aparıcı, ödündən əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirildiyini deyib:

“Diqqət üçün hər kəsə təşəkkür edirəm, şükürlər olsun, indi səhhətim yaxşıdır. Ödümdə böyük bir daş parçası aşkarlanmışdı. Bu səbəbdən də əməliyyat olunacaqdım. Sadəcə deyirdim ki, sonra əməliyyat olunaram. Zaman keçdikcə səhhətim buna imkan vermədi.

Ağrılarım hədsiz dərəcədə çoxaldığı üçün cümə günü efirdən sağollaşdıqdan sonra xəstəxanaya yerləşdirildim. Bazar ertəsi isə efirə çıxa bilmədiyim üçün hər kəs səhhətimlə maraqlanmağa başladı. Xəbərlər yayıldıqdan sonra mənim telefonum susmadı. Qazandığım bir tək məni sevənlərin duası oldu. Hər kəsə təşəkkür edirəm. Həkim Mircəlal Kazımiyə isə xüsusilə təşəkkür edirəm. Ödümdəki daş böyük olduğu üçün açıq əməliyyat keçirdim. Allah heç kimi səhhəti ilə sınamasın. Kimin səhhətində problem varsa, mənim kimi tezliklə şəfa tapsın”.

Tanınmış aparıcı mətbuatda səhhəti ilə bağlı yayılan xəbərlərə görə narahat olduğunu da vurğulayıb:

“Mətbuatda səhhətimlə bağlı yayılan xəbərlərə görə narahat oldum. Çünki hazırda ölkə gündəmimiz başqa xəbərlərlə məşğuldur. Belə bir vaxtda istəməzdim, özümlə bağlı məlumatlar yayılsın. Ehtiyac olsa idi, mən bir foto paylaşıb səhhətimlə bağlı açıqlama verərdim. Bu xəbərlərin yayılmaması üçün yaxınlarımdan və dostlarımdan xahiş etdim ki, əməliyyatımla bağlı heç kimə heç nə deməsinlər”.

Lalə Azərtaş saytımıza açıqlaması zamanı erməni təxribatları nəticəsində ölkəmizdə yaşanan hadisələrə münasibət də bildirib. Aparıcı vətənimizin bütövlüyü uğrunda şəhid olan igidlərimizə Allahdan rəhmət diləyib:

“İnşallah davamlı olaraq cəbhəmizdən qələbə xəbərləri gəlsin. Allah bütün şəhidlərimizə rəhmət etsin. Ailələrinə və yaxınlarına səbr versin. Bütün yaralı hərnçilərimizə Allahdan şəfa diləyirəm”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki