Latviya Xarici İşlər Nazirliyi vətəndaşları Rusiyaya səfərdən, Moskvada olanları isə yaxın 48 saat ərzində terror aktları təhlükəsi ilə əlaqədar kütləvi tədbirlərdən çəkinməyə çağırıb.
Ölkə Xarici İşlər Nazirliyinin xəbərdarlığı idarənin X sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
“Yaxın 48 saat ərzində Moskvada baş verə biləcək terror aktları ilə əlaqədar sizi Rusiya Federasiyasına gəlməməyə və Moskvada kütləvi toplantılardan çəkinməyə çağırırıq”, deyə mesajda deyilir.
Bundan əvvəl ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyi yaxın 48 saat ərzində Moskvada ekstremistlərin hücumu təhlükəsi barədə xəbərdarlıq etmişdi.
Mənbə: A haber