Şimali Atlantika Alyansı Rusiya ərazisinə qabaqlayıcı zərbələr endirmək imkanını bəyan edərək, bütün ədəb-ərkandan əl çəkib.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Bir müddət əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer bildirmişdi ki, NATO silahlı münaqişə baş verəcəyi təqdirdə Rusiya ərazisinə qabaqlayıcı yüksək dəqiqlikli zərbələr endirməyi müzakirə edir.
DOĞRU.AZ