Lerik rayonunun mərkəzində qeyri-adi hadisə müşahidə olunub – şəhərin üzərində vertolyot uçuşu həyata keçirilib. Hadisə ilə bağlı video görüntülər sosial şəbəkələrdə paylaşılıb və sakinlər tərəfindən böyük maraqla qarşılanıb.
Doğru.az xəbər verir ki, uçuşu izləyən insanlar qeyri-adi səhnələri lentə alaraq paylaşım ediblər və hadisəyə münasibətlərini sosial şəbəkələrdə bildiriblər.
Şahidlərin sözlərinə görə, vertolyot bir neçə dəqiqə rayon mərkəzinin üzərində dövrə vurub, bəzi sakinlər isə hadisəni canlı izləmək üçün küçələrə çıxıblar. Uçuşun səbəbi və məqsədi barədə isə hələlik rəsmi açıqlama verilməyib. Yerli əhali arasında maraq və müzakirələr geniş yayılıb, bir çoxu bu uçuşu qeyri-adi və diqqət çəkici hesab edib.
DOĞRU.AZ




























