image-2000x150px
image-123
image-ads_atlas
Leyla Əliyeva Ali Baş Komandan İlham Əliyevə “Əsgər” şeirini həsr edib.backend

Leyla Əliyeva Ali Baş Komandan İlham Əliyevə “Əsgər” şeirini həsr edib.

image-728x90px

Qırx dörd günlük İkinci Qarabağ müharibəsi qələbə zəfəri ilə tarixin yaddaşına həkk olundu. Azərbaycan xalqına bu sevinci yaşadan başda Ali Baş Komandan İlham Əliyev olmaqla, şanlı ordumuzun gücü əvəzsiz oldu.Dövlət başçısının Vətən müharibəsi zamanı uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycan xalqı işğal altında qalan əzəli torpaqlarına qovuşdu.


Azərbaycanda və dünyanın hər bir guşəsində yaşayan soydaşlarımız istər müharibə zamanı, istərsə də müharibədən sonra Prezident İlham Əliyeva məktub göndərməklə, musiqi, şeir həsr etməklə öz təşəkkkürlərini, xoş sözlərini bildirirdilər. Ötən ilin noyabrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da öz növbəsində Ali Baş Komandan İlham Əliyevə Vətən müharibəsində qazanılan zəfər münasibətilə “Əsgər” şeirini həsr etməklə atası kimi hər zaman xalqla həmrəy olduğunu diqqətə çatdırmışdır.

Leyla Əliyevanın Prezident İlham Əliyevə həsr etdiyi şeiri rus dilindən Aydan Xəndan tərcümə edibdir.

Doğru.az həmin şeiri sizlərə təqdim edir.

Əsgər, əsgər yurdun oğlu,
İnanır haqqa, zəfərə!
Sükutun səsin dinləyir
Bağlıdır nurlu vətənə!

Güllədən qorxusu yoxdur,
Günəşi dağlar heç örtməz
Əsgər bilir sevgi nədir
Ədalətdən üz döndərməz!

Yoxdur qorxu ürəyində
Gecə bitsin, səhər gəlsin!
Zülmətdən qorxmaq dərd deyil!
Təki günəş heç sönməsin!

O, Allahın kəlamını
Könlündə bir yazı bilir,
Dünyanın ağır yükünü
Çiyinlərində gəzdirir.

Əsgər müqəddəs bir gündə
Xalqı naminə doğulub,
Cəhalətin kor kölgəsi
Onun nuruyla yox olub!

O, iftiradan uzaqdır,
O, məzlumlar yanındadır
O, Allahın yazısıyla
Həyatını yaşayandır!

Əsgər zirvələr zirvəsi,
Onun yeri yüksəklərdir!
O, vicdanın, xalqın səsi,
Həqiqətə and içəndir!

Onun üçün bu dünyada
Eldən uca heç nə yoxdur!

Paklıq, mərhəmət doludur
Onun yolu, haqq yoludur!

Qorxu nədir bilməz əsgər,
O, Allahın balasıdır
Açıqdır yolu dünyaya
Yaddaşlarda qalasıdır!

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki