image-2000x150px
image-123
image-ads_atlas
Leyla Əliyeva poeziyası Azərbaycan ədəbiyyatının uğurlu yoludur.backend

Leyla Əliyeva poeziyası Azərbaycan ədəbiyyatının uğurlu yoludur.

image-728x90px

Doğru.az-ın tətbiq etdiyi “UĞURLU GƏLƏCƏK NAMİNƏ” lahiyəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xalq üçün gördüyü xeyriyyəçilik işlərindən, təhsil, səhiyyə, mədəniyyət və digər uğurlu lahiyələrindən bəhs edir. Növbəti yazımızı Leyla xanım Əliyevanın ədəbiyyata olan marağından, diqqətindən söhbət açacayıq.Qələmə aldığı hər bir şeirində poeziyanın mətinliyini, ülviliyini, yaddaşlara hopan əvəzsizliyini görmək olar.

Sizlərə Leyla xanım Əliyevanın “Dünya yuxutək əriyir” adlı Azərbaycan dilində nəşr olunan ilk şeirlər kitabında ürək dolusu danışacayıq. Oxuculara təqdim olunan bu şeirlər toplusu ədəbi mühitimizə “Getmə, ana”, “Gedim bir az ağlayım”, “Qu quşu”, “Pərvanə”, “Hərənin öz sonu”, “Gözlərim kor olub” və digər bu kimi təsirli şeirləri ilə qədəm qoymuş gənc, istedadlı şairə Leyla Əliyevanın Azərbaycan dilində nəşr olunan ilk kitabıdır. İlk qələm sınaqlarından başlayaraq fərqli dünyaduyumu, baxış bucağıyla seçilən, ağrıları, sevgiləri, havanın hərarətini, yağışın, çiskinin, çiçəyin qoxusunu həmişəyaşıl bitkitək özündə saxlamağı bacaran bu şeirlər artıq neçə illərdən bəridir ki, geniş, intellektual oxucu auditoriyasının marağını və məhəbbətini qazanıb.

Öz düşüncə və duyğularını oxucuya çox səmimi və poetik bir dildə çatdıran Leyla xanımın geniş oxucu kütləsinə sahib olduğunu açıq-aydın görmək olar.Dünyanın bir çox ölkələrində müxtəlif dillərdə çap olunana şeir kitabları poeziyasevərlərin böyük marağına səbəb olmuşdur.Bununla yanaşı qəzet və jurnallar şəkilində Leyla xanımın şeirləri nəşr olunaraq, böyük kütlənin ixtiyarına verilmişdir.

Azərbaycan ədəbiyyatının adını dünya ədəbiyyatı ilə eyni çəkilməsi Şairə xanımın misilsiz xidmətlərinin göstəricidir. Bu gün Leyla xanımın şeirlərindən bəhrələnən gənc yazarlarımızın ədəbiyyatdan necə ruh aldıqlarını görmək olar.

Leyla xanım Əliyevanın Azərbaycan ədəbiyyatına açdığı uğurlu yol ölkənin gələcəyinə açılan işıqlı, əbədi yoldur.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki