image-n1karobka_ads
image-123
image-hotw2j45au0xk7n2b9abq8wtvaokuvl3jczlog1c_640backend

Leyla Əliyeva Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibinin xanımı ilə görüşüb – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibinin xanımı No Fon Li ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş bu ölkənin Milli Təsviri İncəsənət Muzeyində keçirilib. Bildirilib ki, muzey Vyetnamın bədii irsini nümayiş etdirən əsas mədəniyyət ocaqlarındandır. Muzeyin qalereyaları yerli və digər ölkələrdən ziyarətçiləri cəlb edən unikal kolleksiyaya sahibdir. Daimi ekspozisiyalarla yanaşı, burada müvəqqəti sərgilər, uşaqlar üçün yaradıcı məkan da var.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibinin xanımı No Fon Li iki ölkə arasında mövcud əlaqələrin genişlənməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edilib ki, Azərbaycanla Vyetnam arasında sıx əməkdaşlıq hələ ulu öndər Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində ilk xarici səfərini məhz Vyetnama etdiyi vaxtdan başlayıb. Bu gün isə ümummilli liderin adını daşıyan fond iki ölkə arasında münasibətlərin sıx tərəfdaşlıq, qarşılıqlı hörmət və dostluq səviyyələrində davam etdirilməsi üçün Vyetnamla müxtəlif sahələrdə əlaqələrin dərinləşməsinə öz töhfəsini verir.

Görüşdə dövlət səviyyəsində qurulan münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət, təhsil, sosial sahələr üzrə layihələr çərçivəsində daha da dərinləşməsinin vacibliyi vurğulanıb, bu il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana nəzərdə tutulan səfərinin iki ölkə əməkdaşlığının möhkəmlənməsində növbəti addım olacağına əminliklərini ifadə edilib.

Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 1954-cü ildə yazdığı “Vyetnam süitası” əsərinin 2023-cü ildə Hanoy şəhərində premyerasının keçirilməsi, Azərbaycan musiqiçilərinin Vyetnam Milli Musiqi Akademiyası ilə birgə konsert proqramının təşkili kimi mədəni layihələrin gələcəkdə də davam etdirilməsinin, hər iki ölkənin mədəniyyət günlərinin təşkil olunmasının, o cümlədən mədəniyyət xadimlərinin, ziyalıların və gənc fəalların qarşılıqlı səfərlərinin vacibliyi vurğulanıb.

Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələrin bundan sonra da müxtəlif sahələr üzrə davam etdiriləcəyi bildirilib, iki ölkənin turizm potensialı, ətraf mühitin qorunmasına yönələn layihələr diqqət mərkəzində olub. Həyata keçirilən layihələrin ölkələrimiz və xalqlarımız arasında münasibətlərdə xüsusi rol oynadığı qeyd edilib.

DOĞRU.AZ

image-ilk23afvulxmyjdhql4ceuhjnh0885dzmnwcuvzk_640 image-jz55i5isth0typhlndxr65vqvqkn2ngfabio8pfp_640 image-j4jsvtfivwdujsoe85rkftk4jmzdb2awsrhhcpaz_640 image-zhxczwfv1e51r7vzv3qsgxmtcy5fixgoqanuagoc_640 image-npxjivppscvzr6xphgxv6ez57nbtw7uxb9ktkq4n_640 image-osve8kqf2vvizf7y4bhacv6j72v3y7xywfbspckx_640 image-svujmjoa1oufdstjhutzadn5tzwk31zlgizuh7as_640 image-leqp4q57ymrgcfkfrzwkw8i8vensmip2d5m7x3pk_640 image-dmhdrbjxepmmyueqajuwdfowryn3iojor7z93ncn_640 image-5ckutcuztsdvomnd1fkjfi6zwmzeyyqeqagmalki_640 image-hnnbzjyu3rfgoq1rmb2wrqofwiro6hwrzkytkfed_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki