image-n1karobka_ads
image-123
image-17304685282104935076_1200x630backend

Leyla Əliyevanın iştirakı ilə Sabunçu rayonunda ağacəkmə aksiyası keçirilib – FOTO

image-ad_qayo_720x110px

Noyabrın 1-də Bakının Sabunçu rayonu ərazisində ağacəkmə aksiyası keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva aksiyada iştirak edib.

Doğru.az xəbər verir ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və COP29 könüllülərinin qatıldıqları aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.

Ağacəkmə aksiyası 2024-cü ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində ölkəmizdə yaşıllıq zolaqlarının artırılması və ətraf mühitin mühafizəsinə daha bir töhfə kimi dəyərləndirilə bilər. Aksiya, eyni zamanda, ölkəmizdə keçiriləcək COP29 konfransına dəstəyin və ümumiyyətlə təbiətin qorunması ilə bağlı təşəbbüslərə həmrəyliyin ifadəsidir.

Qeyd edək ki, Leyla Əliyevanın rəhbərlik etdiyi “IDEA” İctimai Birliyi Azərbaycanda ekoloji tarazlığın bərpası, təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirmək məqsədi daşıyan çoxsaylı layihələr icra edir.

Ölkəmizdə yeni yaşıllıqların salınması, mövcudlarının qorunması ilə yanaşı, eyni zamanda, əvvəllər heç bir yaşıllıq olmayan sahələrdə də ağacəkmə aksiyalarının keçirilməsi ekoloji durumun yaxşılaşdırılması, yaşıllıq zonalarının artırılması istiqamətində önəmli addımlardandır.

DOĞRU.AZ

image-173046852885288164_1200x630 image-17304685287904655_1200x630 image-1730468528285825129_1200x630 image-17304685285196655126_1200x630 image-17304685283501217939_1200x630 image-1730468528267621551_1200x630 image-17304685283881629958_1200x630 image-1730468528343565346_1200x630 image-17304685283582836357_1200x630 image-173046852817961555_1200x630 image-1730468528486511835_1200x630 image-1730468528933621836_1200x630 image-17304685286406358842_1200x630 image-17304685283403616569_1200x630 image-1730468528689148969_1200x630 image-17304685283011647471_1200x630 image-1730468528385334641_1200x630 image-1730468528952428679_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki