Bakıda “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzinin açılış mərasimi baş tutub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, Xalq artisti Emin Ağalarov və digər qonaqlar iştirak ediblər.
Bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İnstagram səhifəsində paylaşım edib.