image-n1karobka_ads
image-123
image-693f8fff02e8bd5ca73e5110backend

Los-Ancelesdə Hollivud rejissoru Rob Reynerin evində iki cəsəd tapıldı

image-ad_qayo_720x110px

Hollivud rejissoru Rob Reynerə məxsus olduğu bildirilən Los-Ancelesdəki evdə iki nəfərin cəsədi aşkarlanıb.

Doğru.az xəbər verir ki, bu barədə “TMZ” nəşri məlumat yayıb. Bildirilib ki, hadisə yerinə tibbi yardım göstərmək üçün çağırılan şəhər xidmətləri evdə təxminən 78 yaşlı kişi və 68 yaşlı qadının meyitini tapıb.

Nəşr qeyd edir ki, evin həqiqətən də məşhur rejissora məxsus olduğu təsdiqlənib. Lakin mərhumların şəxsiyyəti ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-da daha bir ölüm hadisəsi baş verib. Belə ki, Hyuston şəhərindən olan 19 yaşlı Rays Universitetinin futbolçusu Kler Treysi ölü tapılıb. Hadisə ilə bağlı istintaq aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki