image-2000x150px
image-123
image-ads_atlas
image-1704959580_1704957744_azedu-az_jfhksd_766backend

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ

image-728x90px

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il 14 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.

Bu barədə “Doğru.az“-a DİM-dən məlumat verilib.

İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 6 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 718 nəfər qeydiyyatdan keçib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat 30 dəqiqə davam edəcək. İmtahanda iştirak edəcək bakalavrların nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq.

Bakalavr imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilmişdir) və özü ilə aşağıdakı sənədləri gətirməlidir.

– şəxsiyyət vəsiqəsi;

– imtahana buraxılış vərəqəsi.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda bakalavr imtahana buraxılmayacaq.

İmtahanların idarə olunması üçün 11 imtahan rəhbəri və 71 zal nəzarətçisi ayrılıb.

Qeyd: Sınaq imtahanında iştirakçılara sual kitabçalarını imtahanın sonunda özləri ilə aparmağa icazə veriləcək.

Bundan əlavə, imtahandan sonra saat 17:00-da DİM-in “Youtube” kanalında canlı yayımda Mərkəzin məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki