image-2000x150px
image-masgsgr_874-1-800x445backend

Magistraturaya qəbul müsabiqəsinin nəticələri elan olundu

image-728x90px

Magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini mərkəzin internet saytında yerləşdirib.

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 14981 bakalavrdan 10350 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.

Qəbul olunanlardan 3766 nəfər dövlət sifarişi, 6584 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 6790 nəfər ali təhsil müəssisələrinin cari, 3560 nəfər isə əvvəlki illərin məzunudur.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki