image-n1karobka_ads
image-123
image-1733304819_emmanuel_macron_france_090624backend

Makron hökumətə etimadsızlıq səsverməsi halında istefa vermə ehtimalını istisna edib

Fransa prezidenti Emmanuel Makron hökumətə etimadsızlıq səsverməsi halında istefa vermə ehtimalını istisna edib.

Bu barədə LCI telekanalı məlumat yayıb.

“Mən iki dəfə fransızlar tərəfindən seçilmişəm. Mən bununla son dərəcə qürur duyuram və son saniyəyə qədər bu etimada bütün enerjimlə hörmətlə yanaşacağam”.

Bundan əlavə, Makron mümkün istefası ilə bağlı sözləri “siyasi uydurma” adlandırıb.

Daha əvvəl bildirilmişdi ki, Fransa hökumətinin sədri Mişel Barnyeyə etimadsızlıq səsverməsindən sonra devrilməsi Makronun istefası məsələsini gündəmə gətirə bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki