image-n1karobka_ads
image-123
image-a983cdf3-8dcd-4b1d-83c3-c47c5be96139_162b722ebackend

Malidə TikTok blogeri Mariame Cissé edam edilib

image-ad_qayo_720x110px

Malidə cinayətkar qrup TikTok-da Tonka şəhərindəki həyat haqqında videolar paylaşan gənc bloger Mariame Cisseni qaçıraraq edam edib.

Doğru.az xəbər verir ki, SCMP-nin məlumatına görə, Cissé, ehtimal ki, onu ordu ilə əməkdaşlıqda ittiham edən cihadçılar tərəfindən öldürülüb.

Qızın qardaşı bildirib ki, Mariame Müstəqillik meydanında güllələnib və o, edamın şahidi olan izdiham arasında olub.

Məlumata əsasən, Cissé-nin TikTok-da 90 minə yaxın izləyicisi var idi və o, paylaşımlarında Tonka şəhərinin gündəlik həyatını, adət-ənənələrini və yerli insanların yaşayışını işıqlandırırdı.

Qeyd edək ki, bundan əvvəl Mash Telegram kanalı Ukrayna komandanlığının Afrika ölkələrinə, o cümlədən Mali və Sudana Kolumbiyadan 700-ə yaxın muzdlu əsgər yerləşdirdiyini bildirmişdi.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Kiyev rejiminin Afrikadakı terrorçularla əməkdaşlıq etdiyini iddia edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki