image-n1karobka_ads
image-123
image-1746855633397061154_1200x630backend

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub – FOTO

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

MAMA “Ana təbiət” incəsənət layihəsi debütünü 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Heydər Əliyev Mərkəzində edib. Sərgi iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə ilk olaraq Bəhreyndəki təqdimatla səyahətə başlayıb. Bəhreyndən sonra Romada təqdim edilən layihə müasir rəssamlar qrupunun heyrətamiz yaradıcılığının nümayişidir.

MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Azərbaycan da daxil olmaqla, 28 ölkədən – ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Latviya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən 55 fərqli sənətkarı bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır. Burada fərqli instalyasiya, rəsm və multimedia nümunələri vasitəsilə müasir dövrün ekoloji və sosial problemləri ilə səsləşən hekayələr təqdim edilir. Layihə bəşəriyyət və təbiət arasındakı zəngin və mürəkkəb münasibətləri ön plana çəkir. Ekspozisiyadakı hər bir incəsənət əsəri insanın təbiətlə dərin bağlılığına bir mesajdır. Həmin mesajın məqsədi Yer kürəsini təkcə ilham mənbəyi kimi deyil, həm də həyat üçün zəruri qidalandırıcı qüvvə kimi təqdim etməkdir.

Ekspozisiya dünya səyahəti zamanı insanla təbiət arasındakı ayrılmaz bağlılığı vurğulayır və ana fiqurunu həm mənəvi, həm də fiziki mənada həyatın əsas mənbəyi kimi ön plana çıxarır. Sərgi izləyiciləri təbiətə qarşı məsuliyyət, qayğı və ekoloji yenilənmənin zəruriliyi barədə düşünməyə dəvət edir.

MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi Romanın “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində mayın 14-dək davam edəcək.

DOĞRU.AZ

image-1746855633234117743_1200x630 image-1746855633295176841_1200x630 image-174685563355331125_1200x630 image-1746855633135620726_1200x630 image-1746855633143406088_1200x630 image-17468556331157844866_1200x630 image-17468556331517736245_1200x630 image-174685563377214332_1200x630 image-17468556332453244941_1200x630 image-17468556331287518693_1200x630 image-17468556332723846124_1200x630 image-17468556334263461667_1200x630 image-1746855633248719675_1200x630 image-1746855633664515849_1200x630 image-17468556334429143219_1200x630 image-1746855633260008862_1200x630 image-17468556335042641920_1200x630 image-17468556333730844796_1200x630 image-174685563362153752_1200x630 image-17468556331461454841_1200x630 image-17468556331461454841_1200x630-1 image-17468556331292559783_1200x630 image-17468556335598448320_1200x630 image-17468556335216858633_1200x630 image-17468556335514757529_1200x630 image-174685563338027089_1200x630 image-17468556332626326922_1200x630 image-1746855633553974327_1200x630 image-17468556332864152358_1200x630 image-17468556338814783_1200x630 image-17468556331777438853_1200x630 image-17468556332337855286_1200x630 image-17468556336506756647_1200x630 image-17468556336276661274_1200x630 image-17468556333628136579_1200x630 image-17468556333797162475_1200x630 image-17468556333021057634_1200x630 image-1746855633280387205_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki