Jurnalist Pirs Morqan İngiltərə Premyer Liqasının (APL) 14-cü turunun matçında “Nyukasl”a məğlubiyyətdən (0:1) sonra “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqı sosial şəbəkələrdə tənqid edib.
“Bu təlxək necə hələ də işdən çıxarılmayıb?” – Morqan yazdı.
Qaliblərin qolunu 55-ci dəqiqədə Entoni Qordon vurub.
Bu məğlubiyyətdən sonra “Mançester Yunayted” 24 xalla Premyer Liqanın turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.
Mənbə: Sports.ru