image-n1karobka_ads
image-123
image-17652730343438161966_1200x630backend

“Mara’ee 2025”də Azərbaycan nümayəndə heyətinə böyük maraq – FOTO

image-ad_qayo_720x110px

Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” tədbiri ölkənin qədim ənənələrini, təsərrüfat mədəniyyətini və müasir yanaşmanı bir araya gətirən nüfuzlu festival kimi qiymətləndirilir. “Mara’ee” sözü otlaq və geniş yaşayış sahələri mənasını ifadə edir və Bəhreyn cəmiyyətinin əsrlər boyu formalaşmış həyat tərzini əks etdirir.

Doğru.az xəbər verir ki, builki festivalda Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi proqram tədbirin ən parlaq məqamlarından biri olub. Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib ki, səhnədə süvarilərin çıxışı, orkestrin ifası və milli rəqs qruplarının kompozisiyası vahid konsepsiya üzrə hazırlanaraq böyük maraq doğurub.

Bir-birini tamamlayan səhnə nömrələri enerjisi, estetikasının yüksəkliyi və emosional təsiri ilə festivalın ən uzun və yaddaqalan proqramlarından biri kimi dəyərləndirilib.

Məlumata görə, Bəhreyn Kralı Həmd bin İsa Al Xəlifə tədbirdə iştirak edərək Azərbaycan kollektivinə təşəkkürünü bildirib və proqramdan aldığı müsbət təəssüratları qeyd edib.

Azərbaycan nümayəndə heyətinin “Mara’ee 2025” səhnəsindəki çıxışı ölkəmizin mədəniyyətinin beynəlxalq arenada tanıdılmasına mühüm töhfə verib.

DOĞRU.AZ

image-17652730346355710484_1200x630 image-1765273034499982353_1200x630 image-1765273034427009081_1200x630 image-17652730345169959376_1200x630 image-176527303415250834_1200x630 image-17652730344421611369_1200x630 image-1765273034623061670_1200x630 image-17652730345030240018_1200x630 image-17652730345531941904_1200x630 image-17652730346135936917_1200x630 image-1765273034273319658_1200x630 image-17652730345952945668_1200x630 image-17652730345542445654_1200x630 image-17652730343521754479_1200x630 image-1765273034520514142_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki