Dünya şöhrətli musiqiçi Mark Eliyahu Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edib. Gecə EVENT OFFICE şirkətinin təşkilatçılığı ilə baş tutub və tamaşaçılara duyğusal, eyni zamanda enerji dolu anlar yaşadıb.
Doğru.az xəbər verir ki, Mark Eliyahu səhnədə çıxışı zamanı Azərbaycanlı tarzən, müəllimi Ədalət Vəzirovu dərin hörmət və sevgi ilə xatırlayıb. O, ustadının həyatında və sənətində mühüm yer tutduğunu vurğulayıb.
Gecənin zirvəsi isə Azərbaycanın əməkdar artisti Bəyimxanım Vəliyeva ilə Mark Eliyahunun birgə ifası olub. Bu duet zalda böyük emosiyalar yaradıb və uzun sürən alqışlarla qarşılanıb.
Tamaşaçılar Mark Eliyahunun ifalarını ayaqüstə alqışlayaraq ona sevgilərini və minnətdarlıqlarını bildiriblər.
DOĞRU.AZ





























