image-2000x150px
image-123
image-ads_atlas
Məktəblər bağlanır? – Nazirlikdən açıqlamabackend

Məktəblər bağlanır? – Nazirlikdən açıqlama

image-728x90px

Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərin virusla əlaqədar fəaliyyətini dayandırması ilə bağlı məsələyə münasibət bildirib.

Doğru.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında yayılan məlumatın yanlış olduğunu, belə bir qərarın verilmədini bildirib:
“Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir”.
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov feysbuk səhifəsində martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərdə virusla əlaqədar fəaliyyətini dayandıracağını yazıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki