image-n1karobka_ads
image-123
image-17664922313296049308_1200x630backend

“Media Savadlılığı” Konfransı uğurla başa çatdı – FOTO

image-ad_qayo_720x110px

İnnovasiya tərəfdaşlığı ilə təşkil olunan “Media Savadlılığı” Konfransı uğurla başa çatıb. Tədbir çərçivəsində media savadlılığının müasir dövrdə rolu, rəqəmsal mühitdə informasiya ekosistemi və süni intellektin bu sahəyə təsiri müzakirə olunub.

Konfrans media savadlılığı sahəsində peşəkar dialoqun gücləndirilməsi və mövzu üzrə davamlı əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.

Tədbir çərçivəsində təşkil olunan intellektual yarışın qalibləri mükafatlandırılıb. Bu təşəbbüs süni intellekt və innovasiyaya əsaslanan, analitik düşüncənin və maarifləndirici layihələrin təşviqinə verdiyi ardıcıl dəstəyin tərkib hissəsidir.

İnnovasiya tərəfdaşı olaraq, konfransda innovasiya və media savadlılığı arasında əlaqələrin ön plana çıxarılmasına, süni intellekt və rəqəmsal trendlərin müzakirə gündəminə daxil edilməsinə dəstək göstərilib.

Haqqında:

Təşkilat Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətlərindən biridir. Hazırda üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Qeyri-neft sektorunun ən böyük investorlarından biri olaraq süni intellekt əsaslı innovativ həllərlə ölkənin dayanıqlı inkişafına töhfə verir.

Şirkət telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq “NEQSOL Holding” şirkətlər qrupunun tərkibinə daxildir.

DOĞRU.AZ

image-176649223154057406_1200x630image-17664922312219643156_1200x630 image-17664922313320523805_1200x630 image-17664922311896815394_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki