Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqənin nəticələri elan edilib.
Doğru.az xəbər verir ki, müsabiqə çərçivəsində təqdim edilən layihələr müvafiq meyarlar əsasında qiymətləndirilib, qalib və maliyyə dəstəyi alacaq onlayn media subyektləri müəyyənləşdirilib. Seçim zamanı layihələrin ictimai əhəmiyyəti, peşəkarlıq səviyyəsi və media mühitinin inkişafına töhfəsi əsas götürülüb.
Qeyd edək ki, müsabiqə ölkədə onlayn medianın dayanıqlığının artırılmasına və müasir media mühitinin formalaşdırılmasına xidmət edir.
DOĞRU.AZ




























