image-n1karobka_ads
image-123
image-odchmkhz4pvtfzctmedrbackend

Mehriban Əliyeva Aktauda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

image-ad_qayo_720x110px

Birinci vitse-prezident Mehriban Əliyeva Bakıdan Qroznıya uçan təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.

Doğru.az xəbər verir ki, Mehriban Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki