image-2000x150px
image-123
image-ads_atlas
Məhşur fotoqraf Reza Deqati Cəbrayıl şəhərinin mənzərəsindən dəhşətə gəlibbackend

Məhşur fotoqraf Reza Deqati Cəbrayıl şəhərinin mənzərəsindən dəhşətə gəlib

image-728x90px

Doğru.az xəbər verir ki, Azərbaycan əsilli olan məhşur fransız fotoqrafı Reza Deqati işğaldan azad olunmuş Cəbrayıl şəhəri ilə bağlı fikirlərini bölüşüb.

Dünya şöhrətli fotoqraf Reza Deqati xarici diplomatlar və hərbi attaşeləri Cəbrayıl şəhərindəki qəbiristanlıqdakı vəziyyətlə bağlı məlumatlandırarkən bildirib ki, “Cəbrayıl şəhərində bir dənə də olsun salamat ev qalmayıb. Bu, bir dəhşətdir.

Ermənilər qəbiristanlıqdakı bütün qəbirləri ekskavatorla qazaraq qızıl axtarıblar. Hesab edirəm ki, bu insanlığa və bəşəriyyətə qarşı bir cinayətdir. Mən Birinci Qarabağ müharibəsi zamanında da burada olmuşam.

Ancaq indi gördüyüm hər şey məni dəhşətə gətirir. Çünki mən nə qədər hərbi münaqişə zonalarında olmuşam və heç yerdə belə dəhşətli mənzərə görməmişəm”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki