image-2000x150px
image-123
image-ads_atlas
Mərhum xalq artisti Yaşar Nurinin ailəsinin çətin vəziyyətdə olmağını müğənni bildiribbackend

Mərhum xalq artisti Yaşar Nurinin ailəsinin çətin vəziyyətdə olmağını müğənni bildirib

image-728x90px

Doğru.az xəbər verir ki, “Elgizlə izlə” proqramına qonaq olan mərhum xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım efirdə olan zaman müğənni Zeynəb Dostəliyeva telefonla efirə qoşulub.

Efirə telefonla qoşulan müğənni Zeynəb Dostəliyeva aktyorun ailəsinin problemini səsləndirib.Müğənni bildirib ki, “aktyorun ailəsinin maddi sıxıntısı var. Yaşar Nurinin xanımı və qızı işləmir, gəlirləri yoxdur:

Yoldaşı rəhmətə gedəndən sonra Rəhimə xanımla hər zaman əlaqə saxlamışam. Onun vəziyyətindən xəbərdaram. Çox çətin vəziyyətdədirlər, dolana bilmir. Ona məsləhət gördüm ki, vaxtında Yaşar Nuriyə əl tutan dostlara müraciət etsin. Gedib kiminsə qapısını döyən qadın deyil”.

Rəhimə xanım isə müğənni Zeynəb Dostəliyevanın sözlərinə fikirini bildirib:

“Vəziyyət elədir ki, işləməyə ehtiyacım var. İş olsun işləyim, evimə gəlir gəlsin. Yaşar Nuri ilə 40 il ailəli olmuşuq, ona bir dəfə sual verə bilməzdim o kimdir və nəyin var? O, mənə demişdi ki, heç bir işimə qarışma. Mən də kar, lal, kor oldum. Onun xoşu gəlməyən heç nəyi etmirdim. Yaşarın gözü pulda, qızılda olmayıb. Onun heç bir obyekti, mağazası yox idi, ancaq sənət düşünürdü. Onun pulda, qızılda gözü olmayıb.

Dövlət ona beşotaqlı ev vermişdi. Yaşar Nuri xəstə olanda satdıq, müalicəsinə xərclədik. Türkiyədə müalicə üçün pul lazım idi. Sonra üçotaqlı evimizi satdıq, ikiotaqlı aldıq. Yaşamaq üçün bizə də pul lazım idi.Zeynəb Dostəliyevanın zəng edəcəyindən xəbərim yox idi. İstəmirəm bu haqda danışılsın”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki