image-ads_n1karobka_mobile
image-295729backend

Mərkəzi Bankın sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Tacikistana işgüzar səfəri başlayıb

image-add-a-heading

Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Tacikistana işgüzar səfəri başlayıb.

Doğru.az AMB-yə istinadla xəbər verir ki, iyulun 3-nə qədər davam edəcək səfər zamanı nümayəndə heyətinin Düşənbə şəhərində keçiriləcək Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Seçki Qrupunun Toplantısı çərçivəsində bir sıra tədbirlərdə və ikitərəfli görüşlərdə iştirakı nəzərə tutulub.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki