image-2000x150px
image-123
image-ads_atlas
image-375f639b977f0695cbf48eca693ec75fbackend

Məşhur model görüntüsü ilə şoka saldı – FOTOLAR

image-728x90px

Britaniyalı supemodel və məşhur aktrisa Kara Delevinin Los-Ancelesin (ABŞ) Van-Nays aeroportunda çəkilən görüntüləri sənətkarın pərəstişkarlarını təşvişə salıb.

Aktrisa səliqəsiz görkəmdə, saçları pırtlaşıq və ayaqqabısız olub.

Kadrlarda Delevinin siqaret çəkərək telefonla əsəbi danışdığı görünür. Telefonun mütəmadi olaraq onun əlindən düşməsi də nəzərlərdən yayınmayıb.

Model uçuşa iki saat gecikdiyi üçün yoluna özəl təyyarə ilə davam edib.

Mənbədən bildirilir ki, Delevin bu yaxınlarda Nevadada keçirilən “Burning man” festivalından qayıdıb. Məlumata görə, “Blək-Rok” səhrasında keçirdiyi bir neçə gün ərzində o, nə yemək yeyib, nə də duş qəbul edib.

Qeyd edək ki, avqust ayında ulduz İspaniyanın İbiza adasında yaxtada 30 yaşını qeyd edib.

“Orada Kara daha səliqəsiz idi. Bununla belə, o, hər şeyin qaydasında olduğunu və doğum gününü əla keçirdiyini iddia edir. O, sosial şəbəkələrdə yayılan fotoları gülməli hesab edir və həyatında nəsə problem olduğunu düşünmür”, – deyə Delevinin anonim qalmaq istəyən dostu bildirib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki