image-n1karobka_ads
image-123
image-3-pic_32ratio_900x600-900x600-27963backend

Messi MLS-də yeni mövsümünün ilk qolunu vurub

image-ad_qayo_720x110px

MLS-in müntəzəm mövsümünün ikinci turunda Los Anceles Qalaksi və İnter Mayami bərabərə qaldı.

Qarşılaşmada hesab 75-ci dəqiqədə açılıb, “Qalaksi”nin hücumçusu Deyan Yoveliç fərqlənib. “İnter Mayami” 92-ci dəqiqədə Lionel Messinin dəqiq zərbəsindən sonra məğlubiyyətdən xilas olub. Asisti argentinalı Jordi Alba etdi.

Qeyd edək ki, Messi Fransanın Paris Saint-Germain klubunda iki il oynadıqdan sonra 2023-cü ilin yayında Amerika klubuna keçib. Avqustun 20-də argentinalı Amerikada ilk kuboku – Liqa Kubokunu qazandı. Ötən mövsüm 14 oyunda Messi 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki